15 Fevral 2019 16:28
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ-nin braziliyalı futbolçusu Neymar zədəsi ilə bağlı açıqlama verib.

Teleqraf.com Braziliya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu yaşıl meydanlara dönəcəyi vaxtı açıqlayıb:

“Sağalma prosesi sürətli gedir. Müalicələrdən razıyıq. Yenidən meydana çıxmaq üçün səbrim tükənib. Zədəmin 8-10 həftə davam edəcəyi güman edilir”.

PSJ-nin “Strasburq”la oyununda zədələnən Neymar, Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”lə matçda iştirak etməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər