17 Fevral 2019 09:41
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun son 2 oyunu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, əvvəlcə "Bayıl Arena"da son iki mövsümün debütantı "Səbail" və "Sabah" klubları qarşılaşacaq. Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv 24 xalla 3-cü, onun rəqib həmkarı Elşad Əhmədovun komandası isə 20 xalla 5-ci pillədə qərarlaşıb.

Turun son oyununda isə "Qarabağ" və "Qəbələ" üz-üzə gələcək. İndiyədək iki komanda Premyer Liqada 42 dəfə oyun keçirib. Topların nisbətində Ağdam təmsilçisi öndədir - 56:38.

Azərbaycan Premyer Liqası, XVII tur

17 fevral (bazar)

15:00. “Səbail” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Əli Cəbrayılov, Kamal Umudlu

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“Bayıl Arena”

17:30. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Ələddin Ələkbərov

Tofiq Bəhramov adına Respublika stadionu


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər