Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı müəyyənləşib.
Teleqraf.xəbər verir ki, bu, yarışın 5 qat qalibi olan İspaniya "Sevilya"sıdır. Əndəlüslülər 1/6 final mərhələsində İtaliya "Latsio"sunu mübarizədən kənarlaşdırıb. İlk görüşdə Romadan 1:0 hesablı qələbə ilə ayrılan "Sevilya" bugünkü cavab görüşündə 2 cavabsız qola sevinib. Hesabı 20-ci dəqiqədə Vissam ben Yedder açıb. Pablo Sarabia isə 78-ci dəqiqədə bərabərlik qolunu vurub.
Komandalar görüşü hərəyə 10 futbolçu ilə başa vurublar. 61-ci dəqiqədə Franko Vaskes "Sevilya"nı, bundan 10 dəqiqə sonra isə Adam Maruşiç "Latsio"nu azlıqda qoyub.
Qeyd edək ki, 1/16 final mərhələsinin qalan 15 cavab görüşü fevralın 21-də keçiriləcək.