2 Mart 2019 22:40
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 2-də futbol üzrə Türkiyə Superliqasının XXIV turunun oyunları keçirilib.

“Beşiktaş” səfərdə “Kayserispor”la qarşılaşıb. “Kadir Has” stadionunda baş tutan oyun hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 38-ci dəqiqəsində “Beşiktaş”ın hücumçusu Atiba Hutçinson hesabı açıb. Meydan sahibləri isə 58-ci dəqiqədə Artem Kravetsin vurduğu qolla hesabı bərabərləşdiriblər. 62-ci dəqiqədə Kayseri təmsilçisi Deniz Turucun vurduğu qolla hesabda irəli keçib. Lakin İstanbul təmsilçisi 90-cı dəqiqədə hesabı bərabərləşdirməyə nail olub. Caner Erkin “Beşiktaş”ın bir xal qazanmasını təmin edib.

Turun digər oyununda isə "Fənərbağça" "Rizespor"u 3:2 hesabı ilə məğlub edib. "Bursaspor" doğma meydanda "Sivasspor"dan üstün olub. Görüş Bursa təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər