İspaniyanın “Real Madrid” futbol klubu üç futbolçusunu itirib.
Teleqraf.com klubun saytına istinadla xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Dani Karvaxal, hücumçuları Vinisius Junior və Lukas Vaskes UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Ayaks”la görüşdə zədələniblər. Həkim komissiyasından keçən 27 yaşlı müdafiəçinin sağ budundan zədə aldığı məlum olub. Bu səbəbdən Karvaxal 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Lukas Vaskes isə sol ayağından aldığı zədəyə görə bir müddət klubun oyunlarını tribunadan izləməli olacaq. Həkimlər yaxın günlərdə 27 yaşlı hücumçunun neçə müddət meydanlardan kənarda qalacağını açıqlayacaq.
Visinius Junior sağ ayağının topuq nahiyəsində aldığı zədəyə görə həkimlər onun iki ay yaşıl meydanlara çıxmağına icazə verməyib.