UEFA Ukrayna Futbol Federasiyasını ağır cəzalandıra bilər.
Federasiyanın braziliyalı futbolçu Junior Moraesi milliləşdirilərkən FİFA-nın tələblərini pozduğu iddia olunur.
Dünyanın ali futbol qurumunun qaydalarına əsasən oyunçu bu hallarda milliləşdirilə bilər:
1. Əgər o həmin ölkədə anadan olubsa.
2.Əgər onun valideyinləri və ya valideyinlərinin valideyinləri həmin ölkədə anadan olubsa.
3. Əgər həmin ölkədə fasiləsiz 5 il yaşayıbsa.
Moraes isə 2017-ci ildə Çinə yollanmamışdan əvvəl 4 il 8 ay Ukraynada yaşayıb. Bu səbəbdən UEFA Ukraynaya Moraesin iştirak etdiyi AÇ-2020-nin seçmə mərhələsində Portuqaliya (0:0) və Lüksemburqla (2:1) oyunlara görə, texniki məğlubiyyət verə bilər. Cəza tətbiq olunacağı təqdirdə, bu matçlardan 4 xal qazanan Ukrayna qrupda sonuncu pilləyə düşə bilər.
Qeyd edək ki, Ukrayna hazırda AÇ-nin seçmə mərhələsinin B qrupunda 4 xalla 1-ci pillədə qərarlaşıb.
/Qol.az/