Millimizin "Avro-2016"nın seçmə mərhələsindəki rəqibi İtaliya yığması növbəti ciddi itki ilə üzləşib.
Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın müdafiəçisi Corcio Kyellini məşq zamanı zədələnib. Bu səbəbdən o, Norveçlə oyun üçün heyətdən çıxarılıb. Onun zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, bundan əvvəl İtaliya millisində Cüzeppe Rossi dizindəki zədəyə görə heyətdən çıxarılıb. Əməliyyat olunan 27 yaşlı futbolçunun 4-5 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.