Bu gün Azərbaycan kubokunda 2018-2019 mövsümünün qalibi müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda keçiriləcək həlledici matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gəlib.
"Qəbələ" Stiven Monrozun 4-cü dəqiqədə vurduğu qolla ilk dəfə Azərbaycan Kubokunu qazanıb. Nominal meydan sahibi sayılan “qırmızı-qaralar” indiyədək 3 dəfə final həyəcanı yaşamış və hamısında uduzmuşdu.
"Qəbələ" ölkəmizi Avropa Liqasında təmsil edəcək.