22 May 2019 22:21
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək avroqliqanın final oyununa artıq sayılı günlər qalıb. İki avropa nəhəngi "Arsenal" və "Çelsi"nin qarşılaşacağı oyun dünyanın 4 bir yanında böyük səbrsizliklə gözlənilir. Yarışın təşkilat komitəsi oyunla bağlı azarkeşlərə müraciət edib. Təlimatda azarkeşlərin əməl etmələri lazım olan qaydalar və stadiona necə gəlmələri barədə məlumat yer alıb.

Bakıda keçiriləcək avroliqanın final oyununa xüsusi avtobuslar ayrılacaq, iki gün ərzində sazarkeşlərin pulsuz daşınması həyata keçiriləcək.

Stadionun təhlükəsizlik perimetrinə taksi və şəxsi maşınların daxil olmasına icazə verilmir. Onların düşürmə və mindirmə məntəqləri "Koroğlu" metro stansiyasının yanı təyin edilib. Bununla yanaşı təhlükəsizlik məqsədi ilə azarkeşlərə bilet alarkən bəzi təlimatlar barədə məlumat verilib.

Bakı Metrosu oyun başa çatdıqdan gecə saatlarına qədər açıq olacaq. Odur ki, oyun hətta əlavə vaxta və onbirmetrlik zərbələrə qədər uzandığı halda da, azarkeşlər gecə saat 4-ə qədər metrodan istifadə edə biləcək.


Müəllif: Teleqraf.com