2 İyun 2019 19:44
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA prezidenti Aleksandr Çeferin Bakıda keçirilən Avropa Liqasının final oyunu ilə bağlı danışıb.

Teleqraf.com xəbər verir ki, o, Britaniyanın "Daily Mail" nəşrinə açıqlamasında “Çelsi” ilə “Arsenal” arasında oynanılan finalın Bakıya salınmasının doğru addım olduğunu bildirib:

“Avropa Liqasının final matçını Bakıda keçirməyin səhv qərar olduğunu düşünmürəm. Futbol özü inkişafdır. İnsanlar matçdan sonra stadionun tam dolmadığını deyirdilər. Bəli, final matçında stadion tam dolmamışdı. Amma oyuna ümumlikdə 51 min 370 nəfər gəlmişdi. Biz futbolu təkcə böyük ölkələrdə deyil, hər yerdə inkişaf etdirmək istəyirik".

Çeferin “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya səfərdən imtinasına bir daha toxunub: “Mxitaryan məsələsinə gəlincə, biz Azərbaycanın futbol federasiyasının və hökumətinin bütün zəmanətlərini almışdıq. Buna baxmayaraq, futbolçunun Bakıya getməməsi ilə bağlı qərarına da hörmətlə yanaşırıq”.

Xatırladaq ki, Bakı Ollimpiya Stadionunda keçirilən "Çelsi" - "Arsenal" oyunu birincilərin 4:1 hesablı qələbəsi ilə başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər