AVRO-2020 seçmə mərhələsində keçirilən Azərbaycan - Macarıstan matçı bir dəqiqəlik sükutla başlayıb.
Teleqraf.com-un məlumatına görə, qarşılaşmadan öncə UEFA-nın sabiq prezidenti Lennart Yuhanssonun xatirəsi anılıb.
Qeyd edək ki, Lennart Yuhansson 82 yaşında dünyasını dəyişib. İsveçli funksioner Avropa futbol qurumuna 1990-2007-ci illərdə rəhbərlik edib. UEFA Gənclər Liqasının kubokuna onun adı verilib.
Matçdan öncə isə Avropa çempionatının "Skills" adlı maskotu nümayiş olunub.
"Bakcell Arena"da start verilən qarşılaşmada komandalar ilk dəqiqələrdən meydana aşağıdakı "11-lik"lə çıxıblar.
Azərbaycan: 1. Səlahət Ağayev, 23. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 18. Anton Krivotsyuk, 6. Bədavi Hüseynov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 13. Dmitri Nazarov, 11. Ramil Şeydayev, 10. Mahir Emreli, 17. Renat Dadaşov.
Macarıstan: 1. Peter Qulacsi, 2. Botond Barat, 3. Mihai Korhut, 6. Villi Orban, 7. Balaş Cucak (k), 8. Adam Naqi, 9. Adam Salai, 10. Dominik Soboslai. 14. Qerqö Lovrençiç, 15, Laslo Klyaynhaysler, 18. Dominik Naqi.
***
Rəqib matçın 18-ci dəqiqəsində hesabı açıb. Qolun müəllifi Villi Orban olub.
***
Villi Orban qarşılaşmanın 53-cü dəqiqəsində özünün və komandasının ikinci qolunu vurub.
***
Mahir Əmrəli qarşılaşmanın 69-cu dəqiqəsində Azərbaycan komandasının ilk qolunu vurub: Azərbaycan - Macarıstan - 1:2.
***
71-ci dəqiqədə qonaqlar yenə hesab arasındakı fərqi iki topa çatdırıb: 1:3