“Avro 2020” seçmə mərhələsi çərçivəsində H qrupunun mərkəzi qarşılaşması baş tutub
Teleqraf.com-un məlumatına görə, Türkiyə millisi doğma azarkeşlər önündə dünya çempionu Fransa yığmasını qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Şenol Günəşin yetirmələrinin heyətində Kan Ayxan (30) və Cengiz Ünder (40) fərqləniblər.
Bu qələbədən sonra Türkiyə millisi üç oyuna maksimum xal toplayaraq qrup lideri olub.