7 İyul 2019 01:55
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan Avropa Liqası (Euro Beach Soccer League) turnirində iştirak edir.

Teleqraf.com xəbər verir ki, millimiz ilk oyununda Rusiya yığması ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında rəqib daha dəqiq oynayıb və 4:3 hesabı ilə qalib gəlib. Oyun zamanı millimizin qollarını Sabir Allahquliyev, Elşad Manafov və Amid Nazarov vurub.

Bu gün isə millimiz İspaniya yığması ilə qarşılaşıb. Futbolçularımız ikinci oyunda 0:6 hesabı ilə məğlub olublar.

Millimiz turnirdə son oyununu sabah Türkiyə yığmasına qarşı keçirəcək.


Müəllif: Teleqraf.com