15 İyul 2019 07:46
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" yeni transferi Antuan Qrizmannla müqavilə bağlayıb.

Teleqraf.com xəbər verir ki, Kataloniya təmsilçisi ilə 5 illik sözləşməyə imza atan fransız hücumçu ictimaiyyətə təqdim olunub. 28 yaşlı futbolçu yeni komandasında 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Barselona" Qrizmannın keçidi üçün "Atletiko"ya 120 milyon təzminat ödəyib.


Müəllif: Teleqraf.com