“Qalatasaray”da daha bir istefa baş verib.
Publika.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsi oyunları ərəfəsində “Qalatasaray” klubunun Media Əlaqələr üzrə departamentin rəhbəri Ali Kırca vəzifəsindən gedib.
Klubun sözcüsü kitab yazdığını görə bu addımı atdığını bildirib. O, işlərinin çox olmasını əsas gətirərək, “Qalatasaray” rəhbərliyinə müraciət edib. Klub rəhbərliyi onun bu istəyini anlayışla qarşılayaraq istefasını qəbul edib.