9 Sentyabr 2019 21:30
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da keçiriləcək Azərbaycan-Xorvatiya oyunu üçün komandaların start heyətləri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, millimizin start heyətində Emil Balayev, Qara Qarayev, Şəhriyar Rəhimov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Mahir Emreli, Ramil Şeydayev, Dmitri Nazarov, Anton Krivotsyuk, Pavel Paşayev və Cavid Hüseynov yer alacaqlar.

Xorvatiya yığmasının ilk on birliyində isə meydana Dominik Livakoviç, Borna Barişiç, İvan Perişiç, Deyan Lovren, Luka Modriç, Marselo Brozoviç, Nikola Vlasiç, Ante Rebiç, Bruno Petkoviç, Domaqoy Vida və Karlo Bartolets çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan-Xorvatiya qarşılaşması saat 20:00-da başlayacaq.

***

Azərbaycan - Xorvatiya matçı başlayıb.

Matçın 10-cu dəqiqəsində Modriçin penaltidən vurduğu qolla rəqib hesabda irəli çıxıb.

***

72-ci dəqiqədə Təmkin Xəlilzadə hesabı bərabərləşdirib: 1:1


Müəllif: Teleqraf.com