Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da keçirilən Azərbaycan-Xorvatiya oyununda iki futbolçumuz cəzalı duruma düşüb.
Teleqraf.com xəbər verir ki, millimizin üzvləri Anton Krivotsyuk və Dmitri Nazarov sarı vərəqə alaraq, limiti doldurublar.
Hər iki futbolçu oktyabrın 13-də Macarıstanda keçiriləcək səfər oyununu buraxacaq.
Qeyd edək ki, Bakıda təşkil olunan Azərbaycan-Xorvatiya oyunu heç-heçə yekunlaşıb - 1:1.