Avqustda məşq zamanı zədələnən "Barselona"nın futbolçusu Lionel Messinin bərpa prosesi ləngiyir.
Teleqraf.com-un məlumatına görə, 32 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Borussiya" (Dortmund) ilə oyunu böyük ehtimalla buraxacaq. Onun sözgedən görüşə kimi hazır olmayacağı gözlənilir.
Qeyd edək ki, "Borussiya" - "Barselona" matçı sentyabrın 17-i keçiriləcək.