13 Sentyabr 2019 23:59
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Türkiyə Superliqasında 4-cü turun oyunları başlayıb.

Teleqraf.com-un məlumatına görə, turun ilk qarşılaşması İstanbulda baş tutub. Son 2 ilin çempionu "Qalatasaray" "Kasımpaşa"nı qəbul edib. Görüş "sarı-qırmızılılar"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu kolumbiyalı ulduz futbolçu Radamel Falkao vurub.

"Qalatasaray" - "Kasımpaşa" - 1:0

Qol: Falkao, 38

Bu qələbə ilə xalını 7-yə yüksəldən Fatih Terimin komandası turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər