14 Sentyabr 2019 21:52
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 14-də futbol üzrə İngiltərə Premyer Liqasının beşinci turunda maraqla gözlənilən qarşılaşmalardan biri Liverpulda keçirilib.

Teleqraf.com xəbər verir ki, turnir cədvəlinin lideri “Liverpul” komandası “Nyukasl Yunayted”i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1. Qolları qonaq komandanın qapısına Sadio Mane (2) və Məhəmməd Salah vurub.

“Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanıb. Beş oyundan 15 xal toplayan liverpullular turnir cədvəlinin yeganə lideridir. Sonrakı iki yeri 10 xalla “Mançester Siti” və 8 xalla “Tottenhem” klubları tutur.

“Norviç siti” ilə səfər oyunu keçirən “Mançester Siti” qapısından iki cavabsız top buraxıb. Hazırda matçın birinci hissəsi oynanılır.


Müəllif: Teleqraf.com