7 Noyabr 2019 22:25
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda bu gün “Latsio” “Seltik”i qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, Romada keçiriləcək qarşılaşmadan əvvəl iki “Seltik” azarkeşi bıçaqlanıb. 35 və 52 yaşlı şotland azarkeşlərin gecə irlandiyalılara məxsus bir barın çıxışında bıçaqlandığı bildirilir.

Qeyd edək ki, “Latsio” – “Seltik” oyunu saat 21:55-də start götürəcək. Qarşılaşmada “Seltik”i 9 min şotland azarkeşin dəstəkləyəcəyi gözlənilir.



Müəllif: Teleqraf.com