9 Yanvar 2020 19:53
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Olimpiya Oyunları dövründə idmançıların davranışı ilə bağlı yeni qaydaları bəyənib. Yeni qaydalara əsasən, rəsmi mərasimlər və yarışlar dövründə etiraz aksiyaları keçirən idmançılar cəzalandırılacaqlar.

Teleqraf.com xəbər verir ki, bu qərar yanvarın 9-da BOK İcraiyyə Komitəsinin və İdmançılar Komissiyasının birgə iclasında qəbul edilib.

Bundan sonra Olimpiya Oyunlarının iştirakçılarının oyun meydanında, Olimpiya kəndində, təltifetmə prosesində, habelə Oyunların açılış və bağlanış mərasimləri dövründə bu və ya digər qərardan narazılığını və ya siyasi baxışlarını nümayiş etdirmələri qadağan olunur.
İdmançıların siyasi xarakterli simvollar, siyasi jestlər nümayiş etdirməsi, bir dizi üstə dayanması, mərasimlərin protokol qaydalarını pozması qadağan edilir. Bu qaydaların pozulmasına görə cəzaların dərəcəsi Milli Olimpiya Komitəsi, Beynəlxalq Federasiya və BOK tərəfindən müəyyən ediləcək.

Bununla bərabər, idmançılar jurnalistlərlə söhbət zamanı, komandaların müşavirələrində və sosial şəbəkələrdə öz baxışlarını bildirmək hüququna malikdirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər