8 Mart 2020 16:14
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya La Liqasının XXVII tur matçında "Barselona” "Real Sosyedad"ı qəbul edib.

Teleqraf.com xəbər verir ki, "Kamp Nou"da baş tutmuş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə topu 81-ci dəqiqədə Lionel Messi penaltidən vurub. Bu, argentinalı hücumçunun La Liqa karyerasında 55-ci qolu olub. Argentinalı hücumçu bu göstəricidə turnir tarixində üçüncü yeri tutur.

Penaltidən vurulan qolların sayında ikinci yerdə 1981 - 1992-ci illərdə “Atletiko” və “Real Madrid”də, 1993/1994 mövsümündə isə “Real Sosedad”da oynamış Uqo Sançes qərarlaşıb. O, 56 penaltini qola çevirib.

La Liqada bu göstərici üzrə lider Kriştianu Ronaldudur. O, 61 penaltini dəqiq yerinə yetirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər