Çempionlar Liqasının qrup mərhələsində “Qalatasaray”la qarşılacaq “Arsenal” klubu ciddi itkilərlə üzləşib.
Qol.Az-ın məlumatına görə, Premyer Liqanın son turunda “Tottenhem”lə oyunda komandanın iki aparıcı üzvü Mikel Arteta və Aron Remzi zədələnərək meydanı tərk etməli olub.
Matçdan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Arsen Venger bildirib ki, hər iki futbolçu “Qalatasaray”la oyunu buraxmalı olacaq.
Qeyd edək ki, “Arsenal” – “Qalatasatay” matçı oktyabrın 1-də keçiriləcək.