Azərbaycanın "Xəzər Adaları" klubunun sabiq futzalçısı Lolo Xarken karyerasını başa vurub.
Teleqraf.com xəbər verir ki, 32 yaşlı ispaniyalı oyunçu bu barədə sosial şəbəkə hesabından məlumat verib.
Lolo Xarken son olaraq ölkəsində "Kordoba"nın şərəfini qorulub. O, Azərbaycan təmsilçisi ilə Yüksək Liqanın qalibi olub.
"Xəzər Adaları" klubu 2015-ci ildə fəaliyyətini dayandırıb.