Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində ikinci oyununu keçirib.
“Qarabağ” Milanın “Cüzeppe Meazze” stadionunda İtaliyanın “İnter” klubunun qonağı olub.
Belaruslu baş hakim Aleksey Kulbakovun idarə etdiyi oyun 2:0 hesabı ilə “İnter”in xeyrinə başa çatıb.
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində ilk oyununu doğma meydanda Fransanın “Sent-Etyen” komandasına qarşı keçirib və oyunda hesab açılmayıb.