Rusiyanın "Orenburq" klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bunlar yerli oyunçu Andrea Çukanov, isveçli Filip Roqiç və sloveniyalı Jiqa Şkoflekdir. Ötən gün komanda testdən keçib və sözügedən futbolçuların nəticəsi müsbət çıxıb.
Qeyd edək ki, daha əvvəl "Lokomotiv", "Rubin" və "Dinamo"nun futbolçularında da virus aşaşkarlanmışdı.