7 İyun 2020 00:55
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın futbolçusu Lionel Messi "Nou Kamp" stadionunda məşqlərə qayıdışını şərh edib.

Teleqraf.com xəbər verir ki, argentinalı hücumçu stadionda olan şəklini "İnstaqram" hesabında paylaşaraq bu sözləri yazıb: "Bura üçün həqiqətən darıxmışam. Burada oynamağı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, yüngül zədəsi olan Messinin bir neçə günə komanda ilə məşqlərə başlayacağı gözlənilir.


Müəllif: Teleqraf.com