“Barselona"nın yarımmüdafiəçisi Xavi Ernandez La Liqaın 7-ci turunda"Rayo Vallekano" ilə (2:0) oyununda rekorda imza atıb.
Qol.Az-ın məlumatına görə, 34 yaşlı futbolçu koamdasının La Liqada 445-ci qələbəsində pay sahibi olub. Bu isə İspaniya çempionatları tarixində rekorddur.
Xavi qələbələrin sayına görə hazırki idman direktoru , Barselonanın keçmiş qapıçısı Andoni Subisarettanı bir oyun qabaqlayıb.
Qeyd edək ki, 1997-ci ildən "Barselona"nın şərəfini qoruyan kapitan Çempionlar Liqasında ən çox oyun keçirən futbolçular sırasında da birinci yerdədir.