28 İyun 2020 23:00
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya 2-ci divizionunda 27-ci turun oyunları keçirilib.

Teleqraf.com xəbər verir ki, gənclər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” səfərdə "Brno" ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə çatıb - 6:1.

Start heyətdə meydana çıxan Fərid matçın 60-cı dəqiqəsində əvəzlənib. O, 39-cu dəqiqədə sarı vərəqə almaqla "fərqlənib".

Qeyd edək ki, “Viktoriya” hazırda 46 xalla 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.


Müəllif: Teleqraf.com