10 Oktyabr 2014 17:53
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA növbəti mövsümdən etibarən Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin püşkatma qaydalarında dəyişiklik edəcək.

Bu barədə UEFA-nın baş katibi Canni İnfantino deyib.

C.İnfantino bildirib ki, yeni mövsümdən etibarən birinci səbətdə yer alacaq 8 komandadan biri turnirin son qalibi, digər 7-si isə UEFA-nın reytinqində ilk 7 pillədə qərarlaşan ölkələrin çempionları olacaqlar.
Onun sözlərinə görə, ən güclü çempionatlar FİFA-nın aylıq reytinq siyahısına əsasən müəyyənləşdiriləcək: “İnsanlar anlamırlar ki, niyə ölkələrin çempionları turnir cədvəlində 3-cü yeri tutmuş komandadan reytinqdə aşağı olurlar. Bu, yarışa yeni dinamika verəcək və qrup mərhələsini daha maraqlı edəcək”.

Hazırkı sistemə görə isə səbətlərə bölüşdürülmə komandaların son 5 il ərzindəki çıxışı əsasında aparılır.
Qeyd edək ki, daha öncə püşk zamanı 1-ci səbətdə yüksək reytinqə malik komandalar yer alırdılar. Bəzi komandalar isə öz ölkələrinin çempionu olsalar da, UEFA reytinqində geridə olduğundan 2-ci səbətə düşməli olurdular./trend/


Müəllif:

Oxşar xəbərlər