10 Avqust 2020 00:37
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Super Liqasında çıxış edən "Konyaspor" klubu heyətini yeni qapıçı ilə gücləndirir.

Teleqraf.com xəbər verir ki, komanda "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçlə anlaşıb.

Bosniya və Herseqovina millisinin üzvü razılaşmaya əsasən, iki il bölgə təmsilçisində çıxış edəcək. "Konyaspor" 32 yaşlı qolkiperə illik 600 min avro ödəyəcək. Bu komandanın baş məşqçisi əvvəllər "Bakı" komandasına da rəhbərlik etmiş Bülent Korkmazdır.

Qeyd edək ki, İbrahim Şehiç son olaraq "Erzurumspor"un formasını geyinib. Şehiç bu komandaya 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər