"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin yeni klubu müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, bosniyalı qolkiper "Konyaspor"la anlaşıb.
Təcrübəli əlcək sahibi ilə 3+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Şehiç bundan əvvəl Super Liqa təmsilçisi "Ərzurumspor"da çıxış edirdi.