"Fənərbaxça" növbəti transferini həyata keçirib.
Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi son olaraq Meksika "Tiqres"ində çıxış edən Ennder Velansiyanı heyətinə qatıb. 30 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ekvadorlu oyunçu İngiltərənin "Vest Hem" və "Everton" kimi klublarında da çıxış edib.