21 Sentyabr 00:55
248

Sentyabrın 20-də İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi qarşılaşması keçirilib.

Teleqraf.com xəbər verir ki, “Çelsi” klubu öz meydanında son çempion “Liverpul” komandasını qəbul edib.

Görüş “Liverpul” klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu Sadio Mane vurub.

Xatırladaq ki, Premyer Liqanın birinci turunda “Liverpul” öz meydanında “Lids”i 4:3, “Çelsi” isə səfərdə “Brayton”u 3:1 hesabı ilə məğlub edib.


Müəllif: Teleqraf.com