"Arsenal" "Dijon"un qapıçısı Runar Aleks Runarssonu transfer edib.
Teleqraf.com xəbər verir ki, islandiyalı qolkiperlə 4 illik müqavilə imzalanıb. O, yeni klubunda 13 nömrəli forma geyinəcək.
Qeyd edək ki, 25 yaşlı Runarsson ötən mövsüm Fransa klubunun heyətində 13 matçda meydana çıxıb.