31 Oktyabr 2020 20:14
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə ərzində "Formula 1"də koronavirus infeksiyasına 9 yoluxma halı aşkarlanıb.

Teleqraf.com-un Beynəlxalq Avtomobil İdmanı Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 23 - 29 oktyabrda ümumilikdə 4 281 test aparılıb. Yoluxanların adları açıqlanmır.

Qeyd edək ki, bu gün İtaliyanın İmola trasında San-Marino Qran-prisi start götürəcək. Bu trasda "Formula 1" pilotları 2006-cı ildən sonra ilk dəfə yarışacaqlar. Qran-prinin qalibi oktyabrın 1-də müəyyənləşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər