Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 yarışmasının keçirilməsi üçün nəzərdə tutula “Pit stop” binasının sökülməsi məsələsinə aydınlıq gətirib.
Şirkətdən Teleqraf.com-a verilmən məlumata görə, binanın sökülməsi ilə bağlı dövlət qrumları tərəfindən müvafiq tapşırıq verilib.
Qeyd edilib ki, “Pit stop” binasının sökülməsi növbəti il üçün Bakıda Formula 1 yarışının keçirilməsinə heç bir təsir göstərməyəcək.
İlkin təqvimə görə Azərbaycan Qran Prisinin gələn il iyunun 6-da keçirilməsi planlaşdırılır. Çox güman ki, “Pit stop” binasının yenidən tikilməsinə gələn ilin fevral ayında başlanııacaq.