Azərbaycan Premyer Liqasının 10-cu turunda keçirilməli olan “Sabah” – “Səbail” oyunu təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.
Bəzi futbolçuların yenidən koronavirus testindən keçəcəyi üçün belə bir addım atıldığı bildirilib.
Qeyd edək ki, “Sabah” – “Səbail” matçı 21 noyabr 14:00-da başlamalı idi.