22 Noyabr 2020 01:23
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamın "Qarabağ" futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vilyarreal" İspaniya çempionatında növbəti oyununa çıxıb.

Teleqraf.com xəbər verir ki, Marselino Qarsiyanın kollektivi 10-cu turda "Real Madrid"in qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda hesabı 2-ci dəqiqədə Madrid təmsilçisinin futbolçusu Mariano Dias açıb. Cerard Moreno isə 76-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək, "Vilyarreal"ı məğlubiyyətdən xilas edib.

Turun digər matçlarında isə "Sevilya" doğma meydanda "Selta Viqo"nu 4:2 hesabı ilə məğlub edib. "Osasuna" – "Hueska" və "Levante" – "Elçe" görüşlərinin hər birində hesab 1:1 bərabərliklə bitib.

Hazırda isə "Atletiko Madrid" doğma meydanda "Barselona"nı qəbul edir.

X turun digər oyunları aşağıdakılardır.

"Eybar" – "Xetafe";

"Kadiz" – "Real Sosyedad";

"Qranada" – "Real Valyadolid";

"Deportiva Alaves" – "Valensiya";

"Atletiko Bilbao" – "Real Betis" :

Qeyd edək ki, çempionatın turnir cədvəlinə 20 xalla "Soysedad" başçılıq edir. "Vilyarreal" 19 xalla 2-ci., "Atletiko" isə 17 xalla 3-cüdür.


Müəllif: Teleqraf.com