17 Dekabr 2020 19:00
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 3 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinala yüksəlib.

Teleqraf.com-un məlumatına görə, bu hüquqa Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq) və Şamil Zubairov (97 kq) yiyələnib.

Qvarzatilov Arman Eloyanı (Fransa) və Georgi Vangelovu (Bolqarıstan) məğlub edib . O, yarımfinalda tacikistanlı Muhamad İkromovla üz-üzə gələcək.

3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev Hacımurad Rəşidov (Rusiya) və Ernazar Akmataliyevdən (Qırğızıstan) üstün olub. Təcribəli idmançı finala gedən yolda Macarıstan təmsilçisi İsmayıl Musukayevin müqavimətini qırmağa çalışacaq.

Yarışa 1/4 finaldan start verən Şamil Zubairov moldovalı Samhan Cəbrayılova qalib gəlib və yarımfinalda Aleksandr Xuştinə (Balarus) rəqib olub.

Rəşad Yusifli (79 kq) təsnifat mərhələsində, Abubakr Abakarov (86 kq) isə 1/8 finalda uduzub. Onlar rəqibləri finala yüksələcəkləri təqdirdə, təsəlliverici görüşə qatılacaqlar.

Qeyd edək ki, bu çəkilər üzrə yarımfinal qarşılaşmaları axşam seansında, finallar isə sabah gerçəkləşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər