11 Fevral 2021 00:55
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Teleqraf.com-un məlumatına görə, “Fənərbaxça” ilə derbidən qalib çıxan “Qalatasaray” evdə gözlənilmədən "Alanyaspor"a 2:3 hesabı ilə məğlub olub.

Qonaqların heyətində qolları 30 və 48-ci dəqiqələrdə Kuma Babakar, 41-ci dəqiqədə Salih Uçan vurub. Meydan sahiblərinin heyətində isə 83-cü dəqiqədə Mustafa Məhəmməd, 90+4-cü dəqiqədə Jedson Fernandeş fərqlənib.

Bu nəticədən sonra "Qalatasaray" ölkə kubokunda mübarizəni dayandırıb. "Alanyaspor" isə adını yarımfinala yazdırıb.

Qeyd edək ki, dünən evdə "Başakşehir"ə 1:2 hesabı ilə uduzan "Fənərbağça" da ölkə kuboku ilə vidalaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər