Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində təsəlliverici görüşə çıxıb.
Teleqraf.com-un məlumatına görə, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Hovhannes Mxitaryanla üz-üzə gəlib.
İlk hissədə 4:5 hesabı ilə geridə olan Abakarov ikinci yarıda geridönüş edə bilib. Mxitaryanı 8:5 hesabı ilə məğlub edən güləşçi bürünc medal uğrunda görüşdə Slovakiya pəhləvanı Boris Makoyevə rəqib olub.
Qeyd edək ki, sərbəst güləşçilərin medal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.