UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Teleqraf.com-un məlumatına görə, bu ada azarkeşlər arasında aparılan səsverməyə əsasən, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun hücumameylli yarımmüdafiəçisi Mislav Orşiç layiq görülüb.
29 yaşlı oyunçu evdə İngiltərə "Tottenhem"inə 3:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Zaqreb təmsilçisi məhz bu qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.