Fransa PSJ-sinin futbolçusu Neymar cəzalanıb.
Teleqraf.com xəbər verir ki, Liqa 1-in XXXI turunun "Lill"lə matçında (0:1) qırmızı vərəqə alan braziliyalı hücumçu 2 oyunluq diskvalifikasiya olunub.
Qeyd edək ki, 29 yaşlı forvard sözügedən görüşün 90-cı dəqiqəsində qonaq komandanın müdafiəçisi Tyaqu Caloya qarşı kobudluqdan sonra ikinci vərəqə görərək, meydandan qovulub. Bu zaman oyunçular arasında mübahisə düşüb. Neymar final fitindən sonra meydanın kənarında rəqibin qarşısını kəsib və onu itələyib. İnsidentin böyüməsinə hər iki klubun rəsmiləri mane olublar.