Almaniya Federasiya Kubokunda "Hamburq"un qonağı olan "Bavariya" 3:1 hesabı ilə qalib gəlib.
Publika.az-ın məlumatına görə, matçın son dəqiqələrində qəribə olay yaşanıb. Belə ki, ev sahibi olan komandanın tərəfdarı meydana girib, münhen klubunun fransız ulduzunu hədəf alıb.
Daha sonra azarkeş Riberini vurub, ona orta barmağını göstərib.
"Hamburq" klubu "twitter" hesabında Riberi və "Bavariya"dan üzr istəyib.