Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Teleqraf.com-un məlumatına görə, çempionluğa iddialı komandalardan "Qarabağ" "Zirə"ni qəbul edib. "Azersun Arena"dakı matç 1:1 hesabı ilə yekunlaşıb.
"Zirə"nin heyətində Fakundo Melivilo 17-ci dəqiqədə hesabı açıb. 2 dəqiqə sonra isə Abdullah Zubir tarazlığı bərpa edib.
Bu nəticədən sonra lider "Qarabağ" xallarının sayını 51-ə çatdırıb və ikinci sıradakı "Neftçi" ilə xal fərqi birə enib. "Zirə" isə 34 xalla üçüncü sıraya yüksəlib.
Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" səfərdə "Keşlə"ni 3:0, "Səbail" isə evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.