"Qarabağ"ın futbolçusu Mahir Emrelinin Ağdam klubundan ayrılacağı dəqiqləşib.
Teleqraf.com xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın sonuncu - 28-ci turunun “Neftçi” ilə görüşündən (0:1) sonra deyib.
O, millimizin hücumçusunun komandanı tərk edəcəyini təsdiqləyib: “Mahir Emreli gedir. Əlimizdə olanları qoruyub saxlamağa çalışacağıq. Ondan sonra yeni transfer məsələsinə baxacağıq”.
Q.Qurbanov Mahirin Varşava “Legiya”sına keçəcəyinin gözlənildiyini bildirib.