21 İyun 2021 22:41
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

AVRO-2020-nin qrup mərhələsi davam edir.

Teleqraf.com-un məlumatına görə, bu gün C qrupunda III turun oyunları keçirilib.

1/8 finala qrup birincisi kimi vəsiqə qazanan Niderland yığması Amsterdamda Şimali Makedoniyanı sınağa çəkib. Qrupda qaldığı rəsmiləşən balkanlılar formal xarakterli görüşdə də rəqibi ilə bacarmayıb. İlk yarıda hesabı açan niderlandlılar fasilədən sonra vurulan qollarla darmadağına nail olub. Frank de Burun yetirmələri ardıcıl 3-cü qələbə ilə qrup mərhələsini maksimum nəticə ilə başa vurub.

Qrupda ikinci yerin taleyinə Buxarestdəki qarşılaşmada aydınlıq gəlib. Hərəyə bir qələbəsi olan Ukrayna və Avstriya görüşüb. Matçın taleyini bir top həll edib. İlk yarıda qələbə qoluna imza atan avstriyalılar 1/8 finala yüksəlibsə, ukraynalılar ən yaxşı üçüncü yer sahibləri arasına düşməyə ümid edir.

Qeyd edək ki, bu gün B qrupunda da son turun matçları keçiriləcək.


Müəllif: Teleqraf.com