22 İyul 2021 23:26
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir.

Teleqraf.com xəbər verir ki, şahmatçımız Vasif Durarbəyli onaltıdabir finalda özbəkistanlı Nadirbek Abdusattorov ilə üz-üzə gəlib. V.Durarbəyli birinci partiyada qələbə qazanaraq, turnirə qələbə ilə başlayıb.

Dünya kubokuna qatılan Azərbaycanın yeddi şahmatçısından altısı - Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova yarışda mübarizəni dayandırıblar.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər